Xəbərlər

İllik geniş hesabatların təqdimatı keçirildi

20.12.2019 tarixində Əkinçilik ET İnstitutunda "Bitki seleksiyası" şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi. Şöbənin müdiri a.e.ü.f.d., dosent Abidin Abdullayev yığıncağı giriş sözü ilə açaraq şöbənin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, şöbədə 5 mövzu, buğda, arpa, qarğıdalı və ərzaq paxlalıları proqramı üzrə elmi-tədqiqat işləri aparılır.

Arpa proqramının rəhbəri, aparıcı elmi işçi, a.e.ü.f.d., dosent Qərib Novruzlu “Müasir innovativ əkinçiliyin tələblərinə cavab verən müxtəlif təyinatlı  biotik və abiotik  amillərə tolerantlı,  kompleks təsərrüfat qiymətli əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı”, mövzusunda, Buğda proqramı üzrə elmi-tədqiqat isi aparan elmi əməkdaşlardan “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d. Flora Əhmədova “Yerli və introduksiya olunmuş nümunələr içərisindən seçilmiş buğda genotiplərinin arxitektonikasına, həyat tərzinə, morfoloji əlamətlərinə, məhsuldarlığına, məhsul komponentlərinə görə qiymətləndirilməsi və fizioloji tədqiqatlar üçün seçilməsi”, a.e.ü.f.d, dosent Hacıyeva Sevda “Yerli və introduksiya olunmuş nümunələr əsasında buğdanın rüşeym plazmasının kompleks əlamət və xüsusiyyətlərə görə tədqiqi, genofondun zənginləşdirilməsi, ayrı-ayrı əlamətlərə görə donorların müəyyənləşdirilməsi və seleksiyada istifadəsi”, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçi a.e.ü.f.d., dosent Rüstəmov Xanbala “Suvarma şəraiti üçün biotik stres amillərinə davamlı, yüksək məhsuldar, makaron və digər texnoloji keyfiyyətlərə malik payızlıq bərk buğda sortlarının yaradılması, tətbiqi və yayımı”, Şəki Dayaq Məntəqəsinin əməkdaşı Natiq Əhmədov, Qobustan Bölgə Təcrübə Stansiyasının “Bitki seleksiyası” şöbəsinin müdiri b.ü.f.d Həmidov Həmid və Cəlilabad Bölgə Təcrübə Stansiyasının əməkdaşı Əsədullayev Şahlar “Nəmliklə  müxtəlif  dərəcədə təmin  olunmuş bölgələrin  müvafiq, aqroekoloji  şəraitinə  adaptasiya oluna  bilən xəstəliklərə  davamlı,  yüksək  məhsuldar və keyfiyyətli payızlıq  yumşaq  və  bərk  buğda yaradılması, tətbiqi və yayımı” işləri üzrə, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri a.e.ü.e.d., dosent Həsənova Qətibə “Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni, məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusunda, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri, b.ü.f.d.,dosent Əzizova Namilə “Respublikanın buğda aqrosenozunda zərərvericilərin yayılma səviyyəsinin tədqiqi və əsas növlərə qarşı davamlı buğda genotiplərinin seçilməs”, aparıcı elmi işçisi, a.e.ü.f.d.,dosent İbrahimov Ehtibar “Respublikanın müxtəlif aqroekoloji bölgələrində  buğdanın əsas xəstəliklərinin öyrənilməsi və pas xəstəliklərinə effektiv davamlı genlərdən istifadə etməklə seleksiya üçün davamlı ilkin materialın yaradılması” işləri üzrə, Paxlalı bitkilər proqramına dair “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Mirzəyev Rüfət “Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tədqiqi və yayımı” mövzusunda, “Bitki seleksiyası” şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Abdullayev Abidin  “Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusuna aid “Suvarma bölgələri üçün yüksək məhsuldar, keyfiyyətli və biotik streslərə davamlı, çörəkbişirmə sənayesinin tələblərinə cavab verən payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” işi üzrə, Qarğıdalı proqramının rəhbəri “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, a.e.ü.f.d., dosent Dünyamalıyev Sevindik “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və ekstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və yayımı” mövzularında təqdimatlarla cıxış etdilər. Müxtəlif fikirlər səsləndirildi, müzakirələr aparıldı, suallar cavablandırıldı. Hesabatlar qəbul edildi.

 

 

© 2020 Əkinçilik ETİ