Xəbərlər

Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

10.03.2017 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Doktorantura və dissertanturaya "Bitki fızıologiyası", "Bitkiçilik", "Aqrokimya", "Bitki mühafizəsi", "Ümumi əkinçilik", "Seleksiya və toxumçuluq" ixtisasları üzrə yeni qəbul olanların elmi-tədqiqat mövzularının, elmi rəhbərlərin və elmi məsləhətçilərin təsdiqi ilə bağlı müzakirələr aparıldı. Seçilmiş mövzular əsaslandırılaraq aktuallığı qeyd edildi. Mühüm məsələlər ətrafında alimlərin müxtəlif çıxışları dinlənildi, dəyərli məsləhətləri səsləndirildi. Bildirildi ki, tədqiqat aparılacaq mövzular bu günün tələblərinə cavab verməklə yanaşı "Strateji yol xəritəsinə" də əsaslanmalıdır. Elmi Şura üzvləri tədqiqat mövzuları haqqında fikirlər və təkliflər irəli sürdülər, tövsiyələr verdilər. Sonra Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai gündəliyə daxil olan cari məsələlərdən söz açdı, tapşırıqlar verdi və iştirakcılara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

© 2020 Əkinçilik ETİ