Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

13.03.2017 tarixində Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi. Seminarı institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov acdı. O, elmi seminarların təşkil olunmasının mahiyyətindən, gənc mütəxəssislər ücün əhəmiyyətindən bəhs etdikdən sonar "Bitki fiziologiyası və biotexnologiya" şöbəsinin aparıcı elmi işçisi,b.ü.f.d., dosent Tofik Allahverdiyevə cıxış üçün söz verdi. T.Allahverdiyev "Buğda bitkisinin böyümə və inkişaf fazalarının xüsusiyyətləri, quraqlığa davamlılığın fizioloji parametrləri" mövzusunda maraqlı və geniş təqdimatla çıxış etdi. İnstitutun əməkdaşlarından S.Dünyamalıyev, A.Zamanov, R.Mirzəyev, S.Hacıyeva, R.Zamanova maqarlı suallarla müraciət etdilər. T.Allahverdiyevin təqdimatla cıxışından sonra elmi müzakirələr aparıldı. Seminarın işi başa çatdı.

© 2020 Əkinçilik ETİ