Xəbərlər

FAO və Gilan Kənd Təsərrüfatı Qrupu (Gilan Agricultural Group) xətti ilə bağlı təlim seminar keçirildi

13.03.17 tarixində FAO və Gilan Kənd Təsərrüfatı Qrupu (Gilan Agricultural Group) xətti ilə Qafqaz Biznes Mərkəzinin Konfrans zalında (Qafqaz Biznes Center) "3-cü sinif buğdanın yetişdirilməsi" ilə bağlı təlim seminar keçirildi. Təqdimat mərasimində Əkinçilik ET İnstitutunun "Torpaq və bitki analizləri laboratoriya"sının müdiri İmrəli Hacıməmmədov, "Dənin keyfiyyəti laboratoriyası"nın müdiri Qətibə Həsənova, "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası"nın müdiri Namilə Əzizova iştirak etdi. Təqdimatçılar "3-cü sinif keyfiyyətli buğdanın alınması şərtləri", " Buğda bitkisi xəstəliklərinin və zərərvericilərin keyfiyyətə təsiri", "Gübrə normalarının keyfiyyətin formalaşmasında rolu" mövzularında çıxış etdilər. Təqdimatda həmçinin FHN-nin idarə rəisi Zülfüqar Məmmədov, Gilan Kənd Təsərrüfatının bağçılıq üzrə baş aqronomu İdayət Zeynalov, Gilan Üzümlüyün (Vineyards) baş aqronomu Abbas Məmmədov, Ovculu südçülük fermasının direktoru Abdulqafur Qurbanov və s. şəxslər iştirak edirdilər. Təqdimat işini uğurla başa vurdu..

© 2020 Əkinçilik ETİ