Xəbərlər

Aqrar sahənin “Gənc Alim və Mütəxəssislər” Şurası Biləsuvar rayonunun tam orta məktəblərində şagirdlərlə görüş keçirdi

09-11 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin "Gənc Alim və Mütəxəssislər" Şurası Biləsuvar rayonunun 4 tam orta məktəblərində "Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması" mövzusunda 6-11-ci sinif şagirdləri ilə görüşlər keçirib.Görüşlərdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri a.e.ü.f. doktoru Faiq Xudayevin rəhbərliyi ilə mərkəzin əməkdaşları, Baytarlıq, Əkinçilik, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi, Respublika Baytarlıq Laboratoriyasının Gənc Alim və Mütəxəsislər Şurasının sədr və büro üzvləri və Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru a.e.ü.f. doktoru Sədrəddin İbrahimov iştirak ediblər.Qeyd olunan mövzu ilə bağlı Biləsuvar rayonunun Aşağı Cürəli kənd tam orta məktəbin direktoru- Ələsgər Şahbazov, Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta məktəbin direktoru- Xanımgül Abıyeva, Əlövsət Eynullayev adına şəhər 4 saylı tam orta məktəbin direktoru-Əli Əliyev, Ceyhun Məhərrəmov adına Xırmandarlı 1 saylı kənd tam orta məktəbin direktoru Firudun Hüseynov nəzərdə tutulmuş görüşləri giriş sözü ilə açaraq mahiyyəti haqqında məlumat vermiş və həmin rayonun təhsil şöbəsinin əməkdaşları Elsəvər Məmmədov, Ağazadə Elşən, Kazımlı Azər tədbirlərdə iştirak etmişlər.Sonra "Gənc Alim və Mütəxəssislər" Şurasının sədri Faiq Xudayev son dövrlərdə ölkəmizin aqrar sahədə qazandığı uğurlardan söhbət açaraq, Dövlət Başçısı cənab İlham Əliyevin aqrar sahənin inkişafı ilə əlaqədar imzaladığı çoxsaylı sərəncam və fərmanlardan, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədovun bu sahədə çalışan gənc alim və mütəxəssislərə yaratdığı şəraitdən, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru cənab Rəsul Balayevin gənc alim və mütəxəssislərə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq, şuranın fəaliyyəti haqqında geniş məlumat verib.Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru a.e.ü.f. doktoru Sədrəddin İbrahimov mərkəzin funksiyası, strukturu regionda göstərilən informasiya-məsləhət xitməti, innovasiyaların tətbiqi, toxumuçuluğun təşkili haqqında geniş məlumat vermişdir.Əkinçilik Elmi-Tətqiqat İnstitutunun kiçik elmi işçisi "Gənc alim və mütəxəssislər" Şurasının üzvi Tarıverdi İslamzadə institutun sturukturu, fəaliyyəti, aparılan elmi tədqiqat işləri, yaradılan sortlar haqqında danışıb. Bölgəyə xas olan bitkilər üzərində aparılan təcrübədən söz açan T.İslamzadə təmsil etdiyi institutun beynalxalq əlaqələrindən dən bəhs edib.Çıxış edən şagirdlərdən Nazim Şirinov, Abdulova Fidan, Ramin Cəfərov,Murad Tahirli, Kənan Cəfərli, Nicat Nurlu, Fidan Quliyeva,Vasif Qazıyev,Nurlan Əhmədli,Qəhrəmanov İldırım, Murad Şərifov, Camal Mirzəyev, Fatimə İbrahimli, Sahib Kazımlı, Pərvanə Kazımlı, Mirzəyev Cəmil,Səmədov Vahid, Ağazadə Günel və digər şagirdlər gələcəkdə aqrar sahənin mütəxəssisi olmaq istədiklərini qeyd edərək belə görüşlərin tez-tez keçirilməsini vacib olduğunu bildirdilər və müxtəlif təkliflər irəli sürdülər. Məktəbdə şagirdlərdən ibarət "aqrarçı qrup" yaradılmış, sinif şagirdlərindən qrup rəhbəri seçilmişdir.Sonda şagirdlərə "Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim", "Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları" mövzularında inşa müsabiqəsinin başlandığı elan olunub. Şagirdlər öz inşalarını məktəb rəhərliyi vasitəsilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edəcəklər. İnşa yazılarının qalibləri (1, 2 və 3-cü yerlər) sonda müəyyən olunacaqdır.

© 2020 Əkinçilik ETİ