Elmi Şura
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kollegiyasının 2015-ci il 24 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsinə müvafiq olaraq İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura üzvlərinin sayı, tərkibi və Əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibi hər il K/T Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir. Əkinçilik ETİ-nin direktoru tərəfindən sədirlik edilən Elmi Şuranın tərkibi 21 nəfər olmaqla, direktor müavinləri, elmi katib, şöbə və laboratoriya müdirləri, Gənc Alimlər Şurasının Sədri və Həmkarlar İttifaqi Komitəsinin nümayəndəsindən ibarətdir. Elmi Şuranın iclaslarında şöbə və laboratoriyaların, Bölgə Təcrübə Stansiyalarının (BTS), Dayaq Məntəqələrinin (DM) elmi-tədqiqat və təsərrüfat fəaliyyətləri, doktorantların hesabatları müzakirə olunur, doktorant və dissertantların dissertasiya mövzuları, rəhbərləri təsdiq edilir, əməkdaşların məqalələri, ixtira, patent və səmərələşdirici təklifləri, elmi, elmi-texniki və təşkilati məsələlər, eləcə də elmi dərəcə, elmi ad almaq məqsədi ilə rəy üçün daxil olan dissertasiyalar və s. sənədlər müzakirə və təsdiq olunur.
2022-ci il Elmi şuranın 7 iclası keçirilmişdir. Həmin iclaslarda institutun şöbə və laboratoriyalarının, bölgə təcrübə stansiyalarının elmi və təsərrüfat fəaliyyətləri müzakirə olunmuşdur. İnstitutun 1 nəfər elmlər doktoru və 1 nəfər fəlsəfə doktorunun dosent sənədləri, elmi əməkdaşların yazdıqları monoqrafiyaları, tövsiyələri, məqalələri və s. məsələlər müzakirə edilmişdir.
Qeyd edilənlərlə bərabər institutun elmi fəaliyyətinə və modernləşdirilməsinə aid bir sıra məsələlər də müzakirə olunmuşdur.
ƏKİNÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN
ELMİ ŞURASININ ÜZVLƏRİNİN SİYAHISI
Sıra nömrəsi |
Soyadı, ad, atasının adı |
Vəzifəsi, elmi dərəcəsi, elmi adı |
1. |
XUDAYEV F.A. |
direktor, a.e.ü.f.d., dosent (sədr) |
2. |
MƏMMƏDOVA S.M. |
direktor müavini, b.ü.f.d., dosent |
3. |
NOVRUZLU Q.A. |
direktor müavini, a.e.ü.f.d., dosent |
4. |
ƏHMƏDOV Ş.H. |
direktor müavini, a.e.ü.f.d. |
5. |
HACIYEVA S.K. |
elmi katib, a.e.ü.f.d., dosent (katib) |
6. |
HƏSƏNOVA Q.M. |
laboratoriya müdiri, a.e.d., dosent |
7. |
ALLAHVERDİYEV T.İ. |
şöbə müdiri, b.e.d., dosent |
8. |
KƏRİMOV Y.H. |
baş elmi işçi, a.e.d., dosent |
9. |
ABDULLAYEV A.M. |
şöbə müdiri, proqram rəhbəri, a.e.ü.f.d., dosent |
10. |
TƏMRAZOV T.H. |
şöbə müdiri, proqram rəhbəri, b.ü.f.d., dosent |
11. |
MƏMMƏDOVA P.M. |
şöbə müdiri, a.e.ü.f.d. |
12. |
HÜMMƏTOV N.Q. |
baş elmi işçi, b.ü.f.d., dosent |
13. |
DÜNYAMALIYEV S.Ə. |
aparıcı elmi işçi, proqram rəhbəri, a.e.ü.f.d., dosent |
14. |
ZEYNALOV R.N. |
şöbə müdiri, proqram rəhbəri |
15. |
ƏZİZOVA N.H. |
laboratoriya müdiri, b.ü.f.d., dosent |
16. |
ABBASQULİYEVA S.G |
laboratoriya müdiri, a.e.ü.f.d. |
17. |
ƏLİYEV A.M. |
laboratoriya müdiri |
18. |
NOVRUZOV L.E. |
laboratoriya müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri |
19. |
MƏMMƏDOVA H.R. |
laboratoriya müdiri |
20. |
ƏFƏNDİZADƏ Ş.A. |
kiçik elmi işçi, proqram rəhbəri |
21. |
ƏLİYEVA S.S. |
baş iqtisadçı, İlk Həmkarlar İttifaqi Komitəsinin sədri |