QALİB
Bərk buğda sortu
Sort müəllifləri: Xudayev F.A., Hacıyeva S.K., Əsədullayev Ş.S., İsmayılov T.T., Hüseynov S.İ., Əzizova N.H., Hacıyeva S.T.
Qısa ümumi xarakteristikası: Sort orta boylu (89,0-95,0 sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yatmaya davamlıdır. Bioloji cəhətdən yerli bərk buğda sortlarına oxşayır. Kollanması orta (2,3-2,6), yarimyerəyatan, həyat tərzi payızlıq olub orta yetişəndir. Sonuncu, sünbülaltı buğumarasının içərisi dolu olur. Cücərtiləri yaşıl rəngdədir, leucomelan növmüxtəlifliyinə aiddir. Sünbülü qılçıqlı, silindirik, orta uzunluqda (8,0-8,5 sm) və sixliqda olub, sünbül oxunun 10 sm-də(D) 23,0 sünbülcük yerləşir. Sünbülcük pulcuqları yumurtavari-lanset formada, ağ rənglidir. Damarlanması zəif ifadə olunmuşdur, çiyni ensiz qalxmış, tilin görünüşü güclüdür. Qılçıqları sünbüldən 1,5 dəfə uzun, sünbülə paralel, qara rənglidir. Döyülməsi asandır. Dəninin qayəsi çılpaq. orta irilikdə uzunsov, ağ rəngli, şüşəvariliyi 55,0-75,0 %-dir. Potensial məhsuldarlığı dəmyədə 34,6-56,0 s/ha. 1000 dənin kütləsi 40,6-44,8 qramdır. Dəndə zülalın miqdarı 13,4-14,0% , kleykovinanın miqdarı 20,0-23,0% olur. Hektara 4,0-4,5 milyon toxum səpildikdə yüksək məhsul verir. Qışa, quraqlığa, yüksək temperatura davamlıdir. Bərk və toz sürməyə, pas xəstəliklərinə davamlıdır.
Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Respublikanın dəmyə və nəmliklə təmin olunmuş dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.
Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Respublikanın dəmyə və nəmliklə təmin olunmuş dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.