Sortlar

TOPXANA

Yumşaq buğda sortu

 

Sort müəllifləri: Xudayev F.A., Təlai C. M., Zamanov A.A., Həşimova H.C., Məmmədova S. M., Abdulbaqiyeva S.A., Abbasov V. Ə., İbrahimov E. R

Qısa ümumi xarakteristikası : Topxana sortu orta boyludur (98,6-99,7 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 3,0-dir. Vegetasiya müddəti 212 gün təşkil edir. Sünbüldə sünbülcüklər sıx yerləşmiş, sünbüldə dənlərin sayı 51,4-53,3 odad, 1000 dənin kütləsi 39,6-41.0 q-dir Sünbülü oval, orta uzunluqda, ağ rəngdə olub qılçıqlıdır Sortun dəni orta irilikdə olub, şırımın xarakteri orta, rəngi qırmızı, yarım uzun və çılpaqdır. Dəndə zülalın miqdarı 14,6-14,8 %, kleykovina 29,1-31,2%-dir. Sortun müsabiqəli sort sınağında 3 illik orta məhsuldarlığı suvarmada 37,8 s/ha olmuşdur. Bu da rayonlaşmış Xəzri sortundan 1,4-6,3 s/ha artiq dən məhsulu vermişdir Potensial məhsuldarlığı quraq dəmyə şəraitindo 40,0-45,0 s/ha-dir. Sort şaxtaya davamlıdır, tədqiqat illərində sarı və qonur pas, sürmə xəstəliklərinə tutulması müşahidə olunmamışdır.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Sortun respublikanın nəmliklə təmin olunmuş dəmya bölglərində becərilməsi təklif olunur.

 

© 2020 Əkinçilik ETİ