Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları təlim-seminarda iştirak etdilər

27.10.2017-ci il tarixində Əkinçilik ET İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sеvil Abbasquliyeva, aparıcı elmi işçi Əbdürəhman Adıgözəlov, “Otlaq və biçənəklər” şöbəsinin müdiri Rasib Zeynalov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə edilməsi üzrə dövlət xidməti tərəfindən təşkil olunmuş və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin südçülük dəyər zəncirinin araşdırılması ilə bağlı təlim-seminarda iştirak etdilər. Seminarda südçülük dəyər zənciri ilə bağlı araşdırmanın ilkin nəticələri, dəyər zəncirinin qiymətləndirilməsi ilə bağlı araşdırma prosedurları, kiçik südçülük təsərrüfatlarında süd istehsalı, toplanması və emalı, heyvandarlıq sektorunda texniki-iqtisadi əsaslandırma ilə bağlı araşdırmanın aparılması qaydaları, müasir süd fermasının idarə edilməsi üsulları və süd istehsalı - əmtəə - beynəxalq tendensiyalar ilə müqayisə mövzuları üzrə söhbət aparıldı, hər mövzuya dair ətraflı müzakirə edildi. Qeyd olunan mövzuların Azərbaycan şəraitində işlənməsi vacib məsələ kimi qeyd edildi və növbəti seminara qədər bu məsələlərin yerinə yetirilməsi və əyani (praktiki) şərh olunması nəzərə alındı. Bunlarla yanaşı seminarın işində bir sıra çatışmazlıqların olması da qeyd edildi.

 

© 2020 Əkinçilik ETİ