İtaliya Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik nazirinin müavini ET Əkinçilik İnstitutunda oldular
İtaliya Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik nazirinin müavini professor Franko Braqanın rəhbərlik etdiyi nümayəndə heyəti 20 aprel 2012-ci il tarixdə ET Əkinçilik İnstitutunda oldular. Davamı İnstitutun direktoru Daşkənddə keçirilən müşavirədə iştirak etmişdir
İnstitutun direktoru C.M.Təlai cari ilin 28-29 fevral tarixində İCARDA xəttilə Daşkənddə keçirilən və “Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrində introduksiya olunan beynəlxalq dənli və dənli paxlalı bitkilərin pitomniklərinin öyrənilməsi və istifadəsi: Nailiyyətlər və perspektivlər” mövzusuna həsr edilmiş müşavirədə iştirak etmişdir.Davamı
Moskva şəhərində 2-ci Beynəlxalq Məktəb-Konfransı keçirilmişdir Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində (Zveniqorod) 2011 ci il 5-10 dekabr tarixində Rusiya Elimlər Akademiyasının N.İ.Vavilov adına Ümumi Genetika institutunun, K.A. Timiryəzev adına Rusiya Dövlət Aqrar Universitetinin, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Ümumi Genetika institutunun gənc alimlər şurasının təşəbbüsü və dəstəyi ilə “Müasir genetik biliklərə və texnologiyalara əsaslanan bitki genetikası və seleksiyası” mövzusunda gənc alimlərin 2-ci Beynəlxalq Məktəb - Konfransı keçirilmişdir. Davamı
KƏND TƏSƏRRÜFATININ BİOTEXNOLOGİYA VƏ BİOLOJİ TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ EKSPERTLƏRİN SUBREGİONAL MƏSLƏHƏTLƏŞMƏ YIĞINCAĞI Türkiyənin Antaliya şəhərində 2011 ci il 15-17 noyabr tarixində FAO (BMT) dəstəyi ilə Orta Asiya (Qazaxstan, Özbəkistan, Qirğistan, Tacikistan, Türkmənistan), Azərbaycan və Türkiyə ölkələrinin nümayəndələrinin iştirak etdiyi KƏND TƏSƏRRÜFATININ BİOTEXNOLOGİYA VƏ BİOLOJİ TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ EKSPERTLƏRİN SUBREGİONAL MƏSLƏHƏTLƏŞMƏ YIĞINCAĞI keçirilmişdir. Davamı
Özbəkıstanın Daşkənd şəhərində Orta Asiya və Cənubi Qafqaz Ölkələrinin Kənd Təsərrüfatı Tədqiqat İnstitutlarının Assosasiyasının (CACAARİ) regional toplantısı Cari ilin 29 noyabr-3 dekabr tarixində Özbəkıstanın Daşkənd şəhərində Orta Asiya və Cənubi Qafqaz Ölkələrinin Kənd Təsərrüfatı Tədqiqat İnstitutlarının Assosasiyası (CACAARİ) tərəfindən təşkil edilmiş toplantıda Orta Asiya (Qazaxstan, Özbəkistan,Tacikistan, Qırğızıstan) və Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) ölkələrinin nümayəndələri iştirak etmişlər. Davamı
“ Davamlı kənd təsərrüfatı bitkilərin istehsalı və resurslara qənaət edən texnologiya” ya həsr edilmiş Regional elmi seminar | ET Əkinçilik İnstitutunun Yayım-Təlim və Beynəlxalq Əməkdaşlıq qrupunun rəhbəri İ.M. Cümşüdov cari ilin 1-3 noyabr tarixində Özbəkistan Respublikasının Karşı şəhərində FAO və ICARDA-nın birgə proqramı əsasında təşkil olunmuş “ Davamlı kənd təsərrüfatı bitkilərin istehsalı və resurslara qənaət edən texnologiya” adlı Regional elmi seminarda iştirak etmişdir. Davamı
| Əməkdaşlarımız “Tərəqqi” medalı ilə təltif olundu | 01 noyabr “Kənd Təsərrüfatı işçiləri günü” münasibətilə institutumuzun əməkdaşları Cahangirov Atabəy Ağasoltan oğlu və Əmirov Nazim Səid oğlu Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. İnstitutumuzun bütün kollektivi adından əməkdaşlarımızı təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırıq.
| | İƏT ölkələrinin işçi qruplarının toxumçuluq siyasəti toplantısı | 12-13 oktyabr 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində İCARDA-nın təşkilatçılığı və FAO-nun maliyyə dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrindən olan işçi qrupu toxum siyasətinə həsr olunmuş toplantısı keçirilmişdir. Davamı
| Pas xəstəliklərinin dünya standartlarına uyğun qiymətləndirilməsi və öyrənilməsi ilə əlaqədar təlim kursu | İnstitutun xəstəliklər və zərərvericilərə nəzarət laboratoriyasının elmi işçisi Könül Aslanova pas xəstəliklərinin dünya standartlarına uyğun qiymətləndirilməsi və öyrənilməsi ilə əlaqədar CİMMYT-in Keniyada təşkil etdiyi iki həftəlik təlim kursunda iştrak etmişdir.Davamı
| | CGİAR-ın Rəhbər Komitəsinin 14-cü toplantısı | Azərbaycan ET Əkinçilik İnstitutunun direktoru C.M. Təlai cari ilin 20-22 sentyabr tarixində Daşkənddə keçirilən Mərkəzi Asiya və Cənubi Qafqaz (MACQ) regionunda kənd təsərrüfatının davamlı inkişafı üçün CGİAR-ın (Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məsləhət Qrupu) birgə tədqiqat proqramının Rəhbər Komitəsinin 14-cü müşavirəsində iştirak etmişdir.Davamı
| | Yığımdan sonra məhsullarda fizioloji proseslərə həsr edilmiş təlim kursu | Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin aparıcı elmi işçisi Atif Zamanov 19-24 sentyabr 2011 – ci il Türkiyə respublikasının TİKA təşkilatı ilə Türkiyə Tarım bakanlığının tarixdə təşkil etdiyi “Yığımdan sonra məhsullarda fizioloji proseslər ” mövzusunda təlim kursunda iştirak etmişdir. Təlim kursunda Mərkəzi Asiya respublikalardan, Monqolustandan, Ukraniyadan, Gürcüstandan və Azərbaycandan ibarət olmaqla 17 dinləyici iştirak edirdi.Davamı
| | Düyüyə həsr edilmiş beynəlxalq təlim kursu | İnstitutun Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin aparıcı elmi işçiləri Sevda Abdulbagiyeva və Cəlalə Bayramova 21 iyul-6 avqust tarixlərində Koreya beynəlxalq koorparasiya agentliyinin (Koreya international cooperation agency-KOİCA ) xətti ilə “Azərbaycanda düyü istehsalının inkişafı” proqramı üzrə Cənubi Koreya Respublikasında olmuşlar. Davamı
| | Bitki əsaslı yüksək keyfiyyətli istehsal vasitələri” mövzusunda seminar | Cari ilin 22 fevralinda ET Əkinçilik İnstitutunun əməkdaşları Bakıda “Park İnn” otelində akademik Cəlal Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə AMEA-nın Botanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminar“da iştirak etmişlər. Davamı | | Azərbaycan nümayəndə heyəti Haaqa şəhərində beynalxalq konfransda | Azərbaycan Resbulikası Kənd təsərrüfatı Naziri İsmət Abasov, ET Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai, ET Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli və ET Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun şöbə müdiri Namiq Şalbuzov cari ilin 31 oktyabr-5 noyabr 2010-cu il tarixlərdə Niderland Krallığının Haaqa şəhərində. Davamı
|
| Kənd Təsərrüfatı Naziri İ. Abasov Qobustan Təcrübə Stansiyasında | Respublikanın dəmyə şəraitində dənli bitkilərin yeni sortlarının yaradılması və toxumçuluğunun təşkili ET Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında 25 iyun 2010-cu ildə keçirilmişdir.Davamı
| Belarusiya Kənd Təsərrüfatı Naziri İ. M. Rusıy ET Əkinçilik Institutunda | Cari ilin 04 iyun tarixində Belarusiya Respublikasının Kənd Təsərrüfatı Naziri İ.M.Rusıy və onun müşayiət edən nümayəndə heyəti Azərbaycan ET Əkinçilik İnstitutunda səfərdə oldular. Davamı
| Dünya Bankının məsləhətçisi ET Əkinçilik İnstitutunun modernləşdirilmə proqramınıın gedişatı ilə tanış olur | Dünya Bankının məsləhətçisi cənab C. Srevastava 21-28 may 2010-cu il tarixdə 2 KTİKL çərçivəsində həyata keçirilən ET Əkinçilik İnstitutunun modernləşdirilməsi proqramının gedişi ilə yaxından tanış olmaq və monitorinqlə əlaqədar ET Əkinçilik İnstitutunda və onun Qobustan və Tərtər BTS-lərində səfərdə oldu. Davamı
| | Kənd Təsərrüfatı Naziri İ. Abasov ET Əkinçilik Institutunda | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İ. Abasov 05 may 2010-cu il tarixdə ET Əkinçilik İnstitutunda olmuşdur. O, institutun təcrübə sahələrini gəzmiş, institutun mandatına daxil olan buğda, arpa və noxud bitkiləri üzrə aparılan seleksiya işləri ilə yaxından tanış olmuşdur. Həmçinin cənab İ. Abasov Azərbaycan höküməti və Dünya Bankının birgə proqramı əsasında institutda aparılan əsaslı təmir bərpa işlərinə də baxmışdır.Davamı
| | Beynəlxalq Əməkdaşlıq | Bitki seleksiyası şöbəsinin müdiri Əsəd Musayev, ET Əkinçilik İnstitutunun xidməti işləri üzrə direktor müavini Mohtəsim Əhmədov, ETƏİ -nin Şəki Dayaq məntəqəsinin direktoru millət vəkili Məcnun Şükürov, ETƏİ-nin Qobustan BTS-nin direktoru Atabəy Cahangirov, Türkiyənin Antalya şəhərində 2-4 dekabr 2009-cu il tarixində keçirilən Türkiyə Toxumçular Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, TIKA, ECO, FAO və İCARDA-nın dəstəyi ilə ECOSA tərəfindən təşkil olunan ölkələrarası Toxum Ticarət konfransında iştirak etmişlər.Davamı
|
|